#Türkiyə

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhün təmin olunması məqsədilə yeni beynəlxalq mexanizmin formalaşdırıldığını açıqlayıb. ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yaydığı bəyanatda Qəzzada Sülh Şurasının yaradıldığını və qurumun üzvlərinin yaxın vaxtlarda açıqlanacağını bildirib. O, bu şuranın indiyədək formalaşdırılmış ən böyük və ən nüfuzlu beynəlxalq qurumlardan biri olacağını vurğulayıb.

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib. Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın konkret sahələr üzrə dərinləşdirilməsi məsələləri müzakirə olunub. Yılmaz bildirib ki, danışıqlar zamanı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Ankara Universiteti Səhiyyə Tətbiq və Tədqiqat Xəstəxanaları 2026-cı il üçün tibbi təyinatlı cihazların texniki baxımı və təmiri ilə bağlı açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 30 növ tibbi cihazın bir il müddətinə texniki baxım və təmir xidmətlərinin satın alınması nəzərdə tutulur.

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Bakıda Türkiyə Respublikasının Baş Konsulluğunun 1992-ci il yanvarın 14-də səfirlik statusuna yüksəldilməsi ilə başlayan diplomatik münasibətlər ötən 34 il ərzində “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdirilib.

bp Azərbaycan-Gürcüstan-Türkiyə bölgəsindəki əməliyyatlarında qazma məhlulunun təkrar emalı üçün tətbiq etdiyi innovativ yanaşma nəticəsində tullantıları əhəmiyyətli dərəcədə azaldıb və əməliyyat xərclərini optimallaşdırıb. Xəzərdə qazma əməliyyatları mürəkkəb çöküntü qatlarından keçərək 7000 metrədək dərinliyə çata bilir. Bu mürəkkəb qazma şəraiti həm qazma yolunda, həm də quyunun keçdiyi laylar boyunca dəqiq nəzarət tələb edir.

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı bölgədəki son hadisələri dəyərləndirib. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, telefon danışığı zamanı regional sabitliyin qorunması yolları ətrafında fikir mübadiləsi aparılıb. Abbas Əraqçi ilə söhbətində Hakan Fidan mövcud gərginliklərin aradan qaldırılması üçün diplomatik müzakirələrin və dialoqun vacibliyini diqqətə çatdırıb.

Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.

Türkiyənin Antalya Respublika Baş Prokurorluğu tərəfindən başlanmış rüşvət və korrupsiya ilə bağlı istintaq çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinin (Antalya meriyasının) tabeliyində olan qurumlarda əməliyyat keçirilib. Məlumata əsasən, qurumun rəhbər vəzifələrində çalışan K.Bəkir və E. Necdət daxil olmaqla ümumilikdə 15 nəfər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

ABŞ hökuməti İranda davam edən etirazlar və təhlükəsizlik risklərinin artması fonunda ölkədə olan ABŞ vətəndaşlarına təcili xəbərdarlıq edib. Məlumatda qeyd olunur ki, təhlükəsizlik şəraiti imkan verdiyi halda, ABŞ vətəndaşları quru yolu ilə Türkiyə və ya Ermənistan ərazisinə keçməyi nəzərdən keçirməlidirlər. Bildirişdə Türkiyə ilə sərhəddə yerləşən Gürbulak, Kapıköy və Esendere gömrük-keçid məntəqələrinin açıq olduğu xüsusi vurğulanıb.

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlar nəticəsində son iki həftə ərzində 77 şübhəli şəxs saxlanılıb. Nazir bildirib ki, jandarma qüvvələri tərəfindən son iki həftə ərzində aparılan əməliyyatlar FETÖ-yə qarşı mübarizə çərçivəsində həyata keçirilib. Məlumata görə, saxlanılan şəxslərin terror təşkilatının mövcud strukturunda fəal iştirak etdikləri, ankesörlü telefonlar vasitəsilə təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ ilə əlaqəli olduğu iddia edilən saxta yardım təşkilatlarına maliyyə dəstəyi göstərdikləri, həmçinin sosial media üzərindən terror təbliğatı apardıqları müəyyən edilib.

Qalatasaray ilə Fənərbağça arasında sabah Atatürk Olimpiya Stadionunda keçiriləcək Superkubok oyununun başlama saatı dəyişdirilib. Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. Bildirilib ki, meteoroloji qiymətləndirmələr və klub rəsmiləri ilə aparılan müzakirələrdən sonra matçın vaxtında dəyişiklik edilməsi qərara alınıb.