#Türkiyə

BAKI,VOA NATO müdafiə qüvvələri İrandan atılan ballistik raketin Türkiyə hava məkanına girməzdən əvvəl zərərsizləşdirib. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara kura çəkilişi mərasimində çıxış edərək həm ölkə daxilindəki sosial layihələrdən, həm də regionda artan gərginlikdən danışıb. Dövlət başçısı Türkiyənin ətrafında baş verən hərbi münaqişələrə baxmayaraq, ölkənin sülh və sabitlik fokuslu fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Prezident Ərdoğan son dövrlər bölgədə baş verən hadisələrə, xüsusilə Əfqanıstan-Pakistan qarşıdurması və İrana qarşı təşkil edilən hava hücumlarına toxunub. O, "Sionist lobbisinin təhriki" ilə gərginliyin artdığını və Körfəz ölkələrinin hədəf alındığını qeyd edərək, Türkiyənin bu təhlükələrdən uzaq durmaq üçün bütün tədbirləri gördüyünü bildirib. Ərdoğan bölgənin "qan və göz yaşı" içində olduğunu, lakin Türkiyənin dialoq yolu ilə ədalətli həll üçün səylərini əsirgəməyəcəyini deyib.

Martın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

Bu gün müasir Türkiyə Cümhuriyyətinin dünyəviləşmə yolunda atdığı ən mühüm siyasi addımlardan biri olan Xilafətin ləğvinin ildönümüdür. 102 il əvvəl, 3 mart 1924-cü ildə qəbul edilən qanunla İslam dünyasında əsrlərdir davam edən bu titula son qoyulub. Osmanlı padşahlarının 16-cı əsrdən bəri daşıdığı xilafət unvanı, sonuncu sultan Vahdettinin ölkəni tərk etməsindən sonra TBMM tərəfindən Əbdülməcid Əfəndiyə verilmişdi. Lakin yeni qurulan Cümhuriyyətin rəhbərliyi xilafətin həm daxili siyasətdə ikitirəlik yaratdığını, həm də xarici müdaxilələrə zəmin hazırladığını müdafiə edirdi.

"Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" barədəki xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Türkiyə Prezident administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (DMM) verdiyi açıqlamada bildirilib. "Bəzi sosial media hesablarında paylaşılan "Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" yönündəki iddialar həqiqəti əks etdirmir. Türkiyədə hər hansı bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava, quru və dəniz sahəsi ilə hərbi obyektləri tamamilə öz suverenliyi və nəzarəti altındadır. Ölkəmizə qarşı hər hansı bir hücum baş vermədiyi kimi, Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq bir dezinformasiya cəhdidir." - deyə açıqlamada qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hücumlar və Tehranın cavab zərbələri ilə yaranan gərginlik çərçivəsində dünya liderləri ilə silsilə telefon görüşləri keçirib. Ərdoğan bu çərçivədə ABŞ Prezidenti Donald Tramp, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, həmçinin Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt liderləri ilə bölgədəki son vəziyyəti müzakirə edib.

Türkiyənin Tehran səfirliyi, İrandakı təhlükəsizlik vəziyyətinin həssaslığı səbəbindən ölkədə olan və İran’a səfər etməyi planlayan türk vətəndaşları üçün xəbərdarlıq yayıb. Həmçinin, İrana səfər etməyi planlayan vətəndaşlara, təcili hallar istisna olmaqla, səfərlərini təxirə salmaları tövsiyə olunub.