#Cənubi Koreya-Türkiyə hərbi əməkdaşlığı

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Cənubi Koreya arasındakı ikitərəfli ticarət həcminin 2025-ci il etibarilə 11 milyard dollara çatdığını açıqlayıb. Türkiyə-Cənubi Koreya İqtisadi və Texniki Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclasında çıxış edən nazir iki ölkə arasındakı münasibətlərin sadəcə iqtisadi deyil, həm də Koreya Müharibəsindən gələn tarixi qardaşlıq bağlarına dayandığını vurğulayıb. O bildirib ki, gələn il diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümü qeyd olunacaq və bu, tərəfdaşlığın daha yüksək mərhələyə daşınması üçün mühüm məsuliyyət yaradır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştepedə Koreya Respublikasının Prezidenti Li Çzyo Myungu rəsmi mərasimlə qarşılayacaq. Qarşılanma mərasimindən sonra iki lider arasında təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi gözlənilir. Ziyarət çərçivəsində Türkiyə və Koreya Respublikası arasında strateji tərəfdaşlığın gələcək istiqamətləri müzakirə olunacaq. Danışıqların əsas gündəmini ikitərəfli siyasi münasibətlər, müdafiə sənayesi sahəsində yeni layihələr, nəqliyyat və infrastruktur əməkdaşlığı, həmçinin yüksək texnologiya və innovasiya sahələrində qarşılıqlı investisiya imkanları təşkil edəcək.