ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Qəzza müharibəsi İsrailə zərər vurur və nəticədə Tel-Əviv bu müharibəni dayandırmaq məcburiyyətində qalacaq. O, bildirib ki, döyüşlərin davam etməsi səbəbindən İsrail Vaşinqtondakı siyasi dairələr üzərində əvvəlki təsirini və nüfuzunu itirib. Tramp bu fikirləri ABŞ-ın “Daily Caller” saytına verdiyi və bazar ertəsi yayımlanan müsahibəsində səsləndirib. “Onlar bu müharibəni bitirmək məcburiyyətində qalacaqlar və heç bir şübhə yoxdur ki, bu, İsrailə zərər verir. İsrail müharibəni qazana bilər, amma ictimaiyyətlə əlaqələr müstəvisində nüfuz qazanmır. Bu isə onun üçün mənfi nəticədir”-deyə o qeyd edib.
#ABŞ-İsrail texnoloji əməkdaşlığı
İsrailin sabiq Baş naziri Naftali Bennett, ölkəsinin Amerika Birləşmiş Ştatlarındakı nüfuzunun ciddi şəkildə zədələndiyini və artıq “parya dövlət” (kənarlaşdırılmış dövlət) kimi qəbul edildiyini bildirib.
İranla diplomatiya, Qəzzada mülki itkilər və Fələstin məsələsi Vaşinqton–Təl-Əviv münasibətlərini çətin sınaqlarla üz-üzə qoyur.
Trampın “qızıl dövr” elan etdiyi ikinci prezidentliyi ABŞ-da siyasi bölünmələri daha da dərinləşdirir.