#Rusiya-Ukrayna müharibəsinin sonu

ABŞ Dövlət Katibi Marko Rubio Ukraynada münaqişənin sona çatdırılması üçün hazırlanan sülh planı ilə bağlı mühüm irəliləyiş əldə edildiyini, lakin hələ görüləcək işlərin çox olduğunu bildirib. Rubio, Florida ştatında Ukrayna heyəti ilə görüşərək Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bitirmək məqsədilə hazırlanan sülh planı üzrə danışıqlar aparıb. Görüşdən sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla mətbuat konfransında danışan Rubio, verimli bir müzakirə keçirdiklərini qeyd edib.

Almaniya Xarici İşlər Naziri Yohan Vadeful Cenevrədə aparılan görüşlərdə ABŞ-ın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün hazırladığı 28 maddəlik “sülh planı”nda Avropa və NATO ilə bağlı məsələlərin çıxarıldığını açıqlayıb. Vadeful Deutschlandfunk radiosuna verdiyi açıqlamada, Avropanın və Ukraynanın iştirakının vacib olduğunu, ilk addımın atıldığını və Avropadakı maraqların qorunduğunu vurğulayıb.

Ankarada diplomatik təmaslarını davam etdirəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması istiqamətində atıla biləcək addımların və regional sabitliyin təmin olunmasına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə, Qara dəniz taxıl dəhlizinin yenidən işə salınması ilə bağlı prosesin bərpası da danışıqların əsas mövzularından biri olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada bir araya gələcəklər. Ərdoğan ilə Ukraynalı həmkarı Zelenski arasında keçiriləcək görüşün detalları Prezidentin Kommunikasiya rəhbəri Burhanəddin Duran tərəfindən paylaşılıb. Liderlərin bu ilki üçüncü üz-üzə görüşü yenə Prezidentlik Külliyəsində keçiriləcək və görüşün əsas gündəm mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq.

Ukrayna Dövlət Prezidenti Volodimir Zelenskiy Rusiyayla müharibənin sona çatdırılması məqsədilə danışıqların intensivləşdirilməsi üçün sabah Türkiyədə görüşlərin keçiriləcəyini açıqlayıb. Zelenskiy sosial media hesabından paylaşımında, bu gün İspaniyada görüşlərdə iştirak edəcəyini bildirib. Zelenskiy Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün danışıqların sürətləndirilməsi məqsədilə hazırlıq apardıqlarını vurğulayıb.

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur bu gün, cümə günü bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına maraq göstərdiyinə dair “heç bir dəlil” yoxdur. Mur bu fikirləri İstanbulda çıxış edərkən səsləndirib. Onun çıxışı zamanı Britaniya kəşfiyyatının “qara internetdən” (dark web) istifadə etməklə Rusiya və digər ölkələrdə yeni agentlər cəlb etmək və gizli məlumatlar toplamaq planlarını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir və Ukrayna müharibəsi fonunda sanksiyalar tətbiq edə bilər. Tramp bununla yanaşı, Kiyevin də müəyyən güzəştlərə getməsinin vacibliyini vurğulayıb. O, hər iki tərəfin razılaşmaya nail olmaq üçün töhfə verməsinin önəmini qeyd edib. “Putin razılaşmaq istəyəndə [Ukrayna Prezidenti Volodimir] Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi Zelenski razıdır, amma Putinin mövqeyi sual altındadır. Biz çox sərt addımlar atmağa məcbur olacağıq”, – Tramp bildirib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb. Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb. “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətini rədd edib. Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, dəvət barədə məlumatı ona ABŞ-dakı tərəfdaşları çatdırıblar. Zelenski bir daha Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq bunun ayrılmaz hissəsinin Ukrayna ordusu olduğunu bildirib. O, bunun üçün silah, maliyyə və hərbi təlimin zəruri olduğunu qeyd edib. Prezident əlavə edib ki, Parisdə “istəklilər koalisiyası” çərçivəsində aparılan danışıqların yekununda iştirakçılar Ukrayna ərazisində müəyyən mövcudluq yaratmaq barədə razılığa gəliblər. Bundan əvvəl Makron 26 ölkənin atəşkəsdən sonra Ukraynaya dəstək qüvvələri yerləşdirməyi rəsmən öhdəsinə götürdüyünü açıqlamışdı.