Böyük Britaniya, sentyabr ayında BMT Baş Assambleyasının sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacağını bəyan edib.
#Donald Tramp və Qəzza planı
Fələstin Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Bəsalın verdiyi məlumata görə, İsrail qırıcılarının bazar ertəsi gecə və çərşənbə axşamı səhər saatlarında Nüsəyrat düşərgəsinə həyata keçirdiyi hava zərbələri nəticəsində mülki yaşayış evləri dağıdılıb.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında İranın müdaxilə etməsi ilə bağlı iddialarını qətiyyətlə rədd edib.
Avstraliya Baş naziri Entoni Albanese İsraili beynəlxalq hüququ açıq şəkildə pozmaqda ittiham edib, lakin Fələstin dövlətini tanımaq çağırışlarına qarşı çıxıb.
Partlayışlar İsrail ordusunun Qəzza zolağına humanitar yardımın çatdırıla bilməsi məqsədilə saat 10:00-dan 20:00-dək (Bakı vaxtı ilə 11:00-dan 21:00-dək) hərbi əməliyyyatlarını dayandıracağı barədə verdiyi açıqlamadan sonra baş verib.
Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması və tibbi yardıma ehtiyacı olan uşaqların təxliyəsi məqsədilə beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.
Qəzza zolağına havadan humanitar yardım göndərilməsi yaxın günlərdə bərpa olunacaq.
HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 89 nəfər həlak olub.
İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətləri və İsrail Müdafiə Ordusunun Qəzza zolağındakı fəaliyyəti Hitlerin cinayətlərini belə geridə qoyub.
Ağ Evin sözçüsü Karoline Leavitt jurnalistlərə verdiyi açıqlamada İsrailin Suriyaya və Qəzzaya yönəlik hücumlarını dəyərləndirib.
Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin Fələstin siyasətinə yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək, bu siyasəti qaralamaq və ictimaiyyəti siyasi motivlərlə yanlış yönləndirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bəyan edib.