İsrail ordusu HƏMAS liderlərini, o cümlədən digər ölkələrdəki fiqurlarını da hədəfə alaraq öldürməyə hazırdır. Bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb. “İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüsü və əməliyyat üstünlüyünü qoruyaraq hücum əməliyyatları aparır. Dünən Qəzzada HƏMAS-ın yüksək rütbəli liderlərindən biri – Əbu Ubeydəyə zərbə endirdik. HƏMAS rəhbərliyinin böyük hissəsi artıq aradan götürülüb. Əməliyyatlarımız hələ başa çatmayıb, qalan rəhbərlərin çoxu xaricdədir və biz onlara da çatacağıq” – deyə Zamir bildirib.
#İsrail və HƏMAS müharibəsi
HƏMAS İsrailin Qəzzanın qərbində Əl-Rimal məhəlləsində bir binaya endirdiyi hava hücumunda 7 fələstinlinin şəhid olması və bir neçə nəfərin yaralanması ilə bağlı yazılı açıqlama verib.
HƏMAS-ın yazılı açıqlamasında İsrailin Qəzza zolağında və region ölkələrində həyata keçirdiyi hücumlar “sionist varlığın ərəb və islam ölkələri üçün yaratdığı təhlükənin sübutu” kimi təsvir edilib. Açıqlamada vurğulanıb ki, İsrailin Yəmən, Suriya və Livana qarşı hücumları, eləcə də Qəzzada Fələstin xalqına qarşı davam edən təcavüzləri sionistlərin terrorçu və ekspansionist mahiyyətini üzə çıxarır. Xüsusilə, İsrail Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” layihəsinə sadiqliyi və ərəb torpaqlarını mənimsəmək siyasəti bu təcavüzlərin əsas motivi kimi qeyd olunub.
İslam Müqavimət Hərəkatı (HƏMAS) İsrailin baş naziri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Benyamin Netanyahunu vasitəçilərin atəşkəs sazişi əldə etmək cəhdlərini pozmaqda ittiham edib. Hərəkat bildirib ki, Netanyahunun HƏMAS-ın vasitəçilərin təklifini qəbul etməsindən sonra belə Qəzzanın işğal planlarını təsdiqləməsi onun hər hansı razılaşmanı əngəlləməkdə israrlı olduğunu göstərir.
HƏMAS hərəkatı vasitəçilərin təklifini qəbul etdikdən sonra İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada işğal planı ilə razılaşmaya mane olduğunu açıqlayıb. Hərəkatın bəyanatında Netanyahunun məhbus mübadiləsi və atəşkəs razılaşmalarına əsas maneə olduğu vurğulanıb. “Biz qismən razılaşmanı qəbul etdik və hərtərəfli razılaşmaya hazır olduğumuzu nümayiş etdirdik, lakin Netanyahu bütün həll yollarını rədd edir”, – deyə HƏMAS bəyan edib. Qruplaşma Netanyahunun hər dəfə razılaşma yaxınlaşanda yeni şərtlər irəli sürdüyünü və danışıqları gecikdirdiyini bildirib. Bəyanatda həmçinin İsrailin soyqırım və aclıq siyasətinə qarşı rəsmi və ictimai təzyiqlərin artırılmasına çağırış edilib.
İsrailin siyasət və təhlükəsizlik məsələləri üzrə nazirlər kabineti avqustun 26-da Qəzza şəhərinin ələ keçirilməsi planını müzakirə edəcək. Kabinetin üzvü olan nazirlərə Qəzza şəhərində həyata keçirilməsi nəzərdə tutulan əməliyyat planının təsdiqlənməsi üçün səsvermə təklif olunacaq.
İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 61 nəfər artaraq 62 min 622-yə yüksəlib. Məlumata əsasən, İsrail ordusu 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan etibarən yenidən hücumlara başlayıb. Bu müddət ərzində 10 min 778 nəfər həlak olub, 45 min 632 nəfər yaralanıb.
Fransa, Böyük Britaniya, Kanada, İspaniya və İtaliyanın da daxil olduğu dövlətlər İsrailin qərarını kəskin şəkildə pisləyib və onun dərhal ləğvini tələb edib. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas da sənədə imza ataraq, bu addımın “Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə təhdid” olduğunu bildirib.
Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?
Altı gün davam edən və bazar ertəsi başa çatan sorğunun nəticələrinə görə, məsələ ilə bağlı Demokratlar və Respublikaçılar arasında kəskin fikir ayrılığı var: Demokratların 78 faizi Fələstinin tanınmasını dəstəkləyir, bu göstərici Respublikaçılar arasında cəmi 41 faizdir. ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib. İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.
HƏMAS 19 avqust Ümumdünya Humanitar Günü ilə bağlı yayılan açıqlamasında beynəlxalq dövlətləri Qəzzaya humanitar yardımların çatdırılması və İsrailin blokadasının sona çatdırılması üçün təzyiq göstərməyə çağırıb. HƏMAS bildirib ki, İsrailin Qəzzaya hücumları, səhiyyə sektorunu sarsıtması və humanitar yardımı məhdudlaşdırması nəticəsində bölgədə ciddi aclıq və humanitar fəlakət yaşanır. Təşkilat dünya dövlətlərini Qəzzada soyqırımı dayandırmağa, işğalçı liderləri, xüsusilə Netanyahunu mühakimə etməyə və əhalinin həyatı üçün həyati əhəmiyyətli yardımların çatdırılmasını təmin etməyə çağırıb.