#Rusiya Federal Təhlükəsizlik Xidməti

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının təsisçisi və baş icraçı direktoru Pavel Durov barəsində "terror fəaliyyətinə yardım" ittihamı ilə cinayət işi açıldığını və onun beynəlxalq axtarışa verildiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terrorçu və ekstremist qruplar Telegram platformasında fəaliyyət göstərən çoxsaylı kanal, söhbət qrupları və botlardan Rusiyada diversiya və terror aktlarının, kütləvi qətllərin, həmçinin kiberdələduzluq əməliyyatlarının hazırlanması və koordinasiyası məqsədilə istifadə ediblər.