2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qırğızıstana xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 21 milyon 653 min 5 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Qırğızıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31 faiz azalaraq,1 milyon 670 min 98 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.