#Siyasi islahatlar

Moldova parlamenti Vasile Tofanın rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. Yeni baş nazir iqtisadiyyatın bərpasını və Avropa İttifaqına inteqrasiyanı əsas məqsədlər kimi açıqlayıb. Hökumət proqramı “Avropa iqtisadiyyatı, effektiv dövlət” adlandırılıb. Moldova 2028-ci ilədək Aİ-yə üzvlük razılaşmasına, 2030-cu ilədək isə tam üzvlüyə hazırlaşmağı planlaşdırır. Prezident Maya Sandunun partiyası yeni hökuməti dəstəkləyib. Kabinet Avropa İttifaqı ilə danışıqları sürətləndirməyi qarşıya məqsəd qoyub.

Nepalın 36 yaşlı Baş naziri Balendra Şah hakimiyyətə gəlməsinin ilk 100 gününü geridə qoyub. Genişmiqyaslı islahatlar və korrupsiyaya qarşı mübarizə vədləri ilə vəzifəyə başlayan keçmiş reper və Katmandu şəhərinin sabiq meri qısa müddətdə ölkənin siyasi gündəmini dəyişdirən addımlar atsa da, ictimaiyyət qarşısında məhdud çıxışları ilə diqqət çəkməyə davam edir.