BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani İsrailin işğal altındakı Qərb Sahilində atdığı addımların qanunsuz ilhaqı gücləndirdiyini və bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib. Şamdasani Anadolu Agentliyinin suallarına yazılı cavabında İsrailin Fələstin administrasiyasının nəzarətində olan ərazilərdə nəzarət tədbirlərini artırmaq qərarını qınayıb. Onun sözlərinə görə, bu addımlar rəsmi deportasiya olmadan təzyiq yolu ilə məcburi köçürməni asanlaşdıran şərait yaradır.
#Humanitar fəlakət Qəzza
İndoneziya Qəzza zolağı kimi münaqişə zonalarında yerləşdirilmək üçün 5 min ilə 8 min arasında şəxsi heyətin hazırlanmasına başladığını rəsmən elan edib. İndoneziya Milli Silahlı Qüvvələrinin (TNI) komandanı general Maruli Simancuntak bildirib ki, hərbçilərin hazırlıq prosesi artıq start götürüb. Komandanın sözlərinə görə, göndəriləcək əsgərlərin dəqiq sayı və missiyaya başlayacağı tarix hələlik tam dəqiqləşməsə də, hazırlıqlar briqada səviyyəsində (təxminən 5-8 min nəfər) davam etdirilir.
Qəzzadakı Fələstin hökumətinin Media Ofisi tərəfindən yayımlanan rəsmi hesabata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs razılaşmasından keçən 4 aylıq müddət ərzində İsrail ordusu tərəfindən sistematik qanun pozuntuları qeydə alınıb. Hesabatda bildirilir ki, İsrail bu müddətdə razılaşmanı 1620 dəfə pozub və beynəlxalq humanitar hüququn prinsiplərini qəsdən sarsıdıb. İsrail ordusunun pozuntuları arasında 560 dəfə birbaşa atəş açılması, 79 dəfə hərbi texnika ilə yaşayış məntəqələrinə daxil olma, 749 dəfə bombardman və 232 yaşayış binasının partladılması yer alır.
Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirləri İsrailin İordan çayının qərb sahilindəki son addımları ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda İsrailin Fələstin rəhbərliyinin nəzarətindəki bölgələrdə "təftiş və nəzarət fəaliyyətlərini" artıran bir sıra qərarları təsdiqləməsi ən kəskin şəkildə pislənilib.
Qəzza Mətbuat Ofisinin verdiyi son məlumata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs rejiminə baxmayaraq, İsrail ordusu Qəzza zolağında hücumlarını və soyqırım siyasətini davam etdirir. 4 fevral 2026-cı il tarixinədək olan 115 günlük dövr ərzində İsrailin atəşkəsi 1520 dəfə pozduğu rəsmən açıqlanıb. Bu müddətdə 556 fələstinli həyatını itirib, 1500-dən çox insan isə yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin atəşkəsi yüzlərlə dəfə pozduğu Qəzza zolağında ilin əvvəlindən bu yana 37 fələstinli uşağın həyatını itirdiyini açıqlayıb. UNICEF tərəfindən yayımlanan hesabatda Qəzzada qüvvədə olan atəşkəsin son dərəcə kövrək olduğu, İsrailin hücumları səbəbindən uşaqların həyatının hələ də ciddi təhlükə altında qaldığı vurğulanıb. Hesabatda ilin əvvəlindən bəri Qəzzada 37 uşağın həlak olduğu barədə məlumat yer alıb.
İsrail ordusu atəşkəsə rəğmən Qəzza zolağının müxtəlif bölgələrinə istiqamətlənmiş hücumlarını davam etdirərkən, Xan Yunisdə ayaqda qalan binaları da partlayıcılarla havaya uçurub. İsrail 10 oktyabrdan bəri qüvvədə olan atəşkəs razılaşmasını pozmağa davam edir. Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin şərq bölgələrini və bölgənin şimalında yerləşən Cibaliya qəsəbəsinin şərq hissəsini hədəf alıb.
İsrailin məhdud keçid icazəsi verdiyi Rəfah sərhəd-keçid məntəqəsinin açılmasının dördüncü günündə cəmi 21 nəfər Qəzza zolağına daxil ola bilib. Aylardır yaxınlarından ayrı düşən çox sayda fələstinli saatlar öncəsindən Xan Yunusdakı Nasır xəstəxanasının qarşısına toplaşaraq doğmalarının yolunu gözləyib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü Raid ən-Nims Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilməsi planlaşdırılan üçüncü qrup xəstə və yaralıların təxliyəsinin təxirə salındığını elan edib. Sözçü mətbuata verdiyi açıqlamada Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Reabilitasiya Xəstəxanasından xəstələrin çıxarılması prosesinin dayandırılması barədə məlumat aldıqlarını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda "Səudiyyə Ərəbistanı-Türkiyə İnvestisiya Forumu" keçirilib. Forumda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bu səfərin tarixi xarakter daşıdığını və imzalanacaq çoxsaylı müqavilələrlə iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi sahədə daha da möhkəmlənəcəyini bildirib.
Türk Qızıl Ayparası tərəfindən Qəzza zolağındakı təxirəsalınmaz ehtiyacları qarşılamaq üçün hazırlanan və daxilində təxminən 1400 ton humanitar yardım materialı olan 20-ci "Yaxşılıq gəmisi" Mersin Beynəlxalq Limanından mərasimlə yola salınıb.
İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hücumlar təşkil edib. Şahidlərin verdiyi məlumata görə, İsrail qüvvələri Qəzza şəhərinin şərqini artilleriya atəşinə tutub, eyni zamanda cənubdakı Rəfah və Xan Yunis bölgələrində hərbi texnikadan nizamsız atəş açıb. Son hücumlar nəticəsində yaranan tələfat barədə hələlik dəqiq məlumat verilməsə də, atəşkəs dövründəki ümumi mənzərənin kifayət qədər ağır olduğu bildirilir. Atəşkəs razılaşmasının qüvvəyə mindiyi 10 oktyabr 2025-ci il tarixindən bu yana İsrail ordusunun pozuntuları nəticəsində 477 fələstinli öldürülüb, min 301 nəfər isə yaralanıb.