İsrail ordusu, atəşkəs rejiminə baxmayaraq Livanın cənubundakı Bəkaa bölgəsində bir neçə nöqtəyə hava hücumları həyata keçirib. Livan mediasında yayılan xəbərlərdə bildirilib ki, hava zərbələri Bəkaa bölgəsinin dağlıq ərazilərindəki bir neçə hədəfi vurub. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib. Sosial mediada paylaşılan videolarda hava hücumlarından sonra bölgədə çoxsaylı nöqtələrdən qalxan tüstü buludları əks olunub.
#İsrail Livan münasibətləri
Hizbullah hərəkatının baş katibi Nəim Qasım bildirib ki, təşkilatın silahı Livanın milli gücünün tərkib hissəsidir və bu silahın ləğvi ölkədəki problemləri həll etməyəcək.
Hizbullahın nümayəndəsi Həsən Fədlullahın sözlərinə görə, “müqavimətin mövcudluğu bu günədək düşmənin torpaqları işğal etməsinin qarşısını alıb; əgər bu müqavimət olmasaydı, düşmən indi Suriya kimi bizim torpaqlarımızı da zəbt etmiş olardı.
İsrail ordusu, Livanın cənubuna hava hücumları təşkil etdiyini açıqlayıb. Ordunun yaydığı açıqlamada hücumlar nəticəsində 3 Hizbullah üzvünün öldürüldüyü iddia olunub. Yaxın Şərqdəki ölkələrin suverenlik hüquqlarını pozan hücumları ilə reaksiyalara səbəb olan İsrail, bir daha Livanı hədəf alıb. İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən verilən açıqlamada, Livanın cənubundakı Kafra bölgəsinə təşkil olunan hava hücumu nəticəsində Hizbullahın yerli nümayəndəsi kimi fəaliyyət göstərən 1 şəxsin öldürüldüyü iddia edilib.
Bu məsələ İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Beyrut səfəri çərçivəsində keçirdiyi görüşlərdə də gündəmə gəlib. Laricani Hizbullahın sabiq baş katibləri Həsən Nəsrullah və Haşim Səfiəddinin qətlinin ildönümü mərasimlərinə qatılmaq üçün ölkəyə gəlmişdi.
İsrail işğal altında saxladığı ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan ordusu cənub sərhədində tam yerləşmə prosesini başa çatdıra bilsin. Bunu ölkə prezidenti Cozef Aun Beyrutda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşündə bildirib. Prezident Administrasiyasının yaydığı açıqlamada Aunun sözlərinə istinadən bildirilib ki, “Livan hərbçiləri hazırda Litani çayından cənubdakı ərazilərin 85 faizinə nəzarət edir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhəddə yerləşməyə İsrail mane olur və aqressiv hücumlarını davam etdirir.”
İsrailin BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinə (UNIFIL) hücumunun beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxuma olduğunu bildirən Livan Prezidenti Cozef Avn, bu hücumu qınayıb. Livan Prezidentliyindən yayılan yazılı açıqlamaya görə, Avn, İsrailin UNIFIL üzvlərinə Livanın cənubundakı vəzifələri zamanı hücumundan sonra UNIFIL Missiyasının rəhbəri və komandiri Diodato Abagnara ilə telefonla danışıb. Görüşdə Avn, Diodatoya İsrail ordusunun UNIFIL-ə qarşı hücumunu qınadığını bildirib. Livanın cənubundakı İsrail işğalının sona çatdırılması və Livanlı məhbusların qaytarılması ilə bağlı beynəlxalq çağırışları və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini xatırladan Avn, İsrailin bu çağırışları görməzlikdən gəldiyini və beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumağa davam etdiyini vurğulayıb.
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna hava zərbələri endirib. Zərbələr nəticəsində 4 nəfər həlak olub. Hava hücumu ölkənin Nəbatiyyə vilayətinə bağlı Tayba, Şəba, Yatir və Harayib qəsəbələrini hədəf alıb. İsrail tərəfi hücuma dair hər hansı açıqlama verməyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) açıqlayıb ki, Livanın cənubunda yol təmizləmə işi aparan sülhməramlı qüvvələrin yaxınlığına işğalçı İsrail ordusu tərəfindən 4 qumbara atılıb. Bu hadisə, 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəs sazişindən bəri "ən ciddi hücumlardan biri" hesab olunur. UNIFIL-in Telegram hesabında yayımlanan açıqlamada, Livanın cənubunda yerləşən yolları bağlayan baryerlərin sülhməramlı qüvvələr tərəfindən təmizləndiyi zaman İsrailə məxsus dronların Mavi Xətt yaxınlığındakı BMT mövqeləri yaxınlığına dörd əl qumbarası atdığı bildirilib.
“Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, şikayəti deputatlar İlyas Xuri, Əşrəf Rifi, Kamil Şamun, Corc Aqis, sabiq deputat Edi Əbi Ləma və “Dəyişiklik Hərəkatı”nın rəhbəri vəkil İli Mahfuz imzalayıb. Onların şikayəti Beyrutdakı Ədliyyə Sarayında qeydiyyata alınıb və sənəddə Nəim Qasimlə yanaşı istintaq nəticəsində müəyyən olunacaq bütün şəriklər, iştirakçılar və təhrikçilərin də məsuliyyət daşıdığı vurğulanıb.
Barak, Livan hökumətinin Hizbullahın tərksilahı ilə bağlı 11 bəndlik plan təqdim etdiyini və buna əməl edəcəyinə söz verdiyini qeyd edib. O, bu planın “hərbi” təşəbbüs olmadığını, vətəndaş müharibəsinə yol açmamaq üçün diqqətli olunacağını vurğulayıb. Barak, “Hizbullahın silahlarını təhvil verdiyi təsdiqlənərsə, İsrail Livan ərazisindən çəkiləcək,” iddiasında bulunub. Barak, Livan ordusunun sərhədləri qorumaq qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, BMT-nin Livan üçün müvəqqəti sülhməramlı qüvvələri (UNIFIL) mandatının bir il uzadılacağını təsdiqləyib. O, həmçinin Körfəz ölkələrinin Livan iqtisadiyyatına investisiyalar vasitəsilə dəstək verəcəyini və bu investisiyaların bütün Livan xalqı, o cümlədən cənub bölgələri üçün faydalı olacağını bildirib.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.