#İran-ABŞ münasibətləri

New York Times və digər mənbələr ABŞ-ın Karib hövzəsində yerləşən U.S.S. Gerald R. Ford təyyarədaşıyan zərbə qrupunu Yaxın Şərqə göndərmək qərarına gəldiyini bildirir. Bu məlumatlar Associated Press tərəfindən də təsdiqlənib və ABŞ-ın İranla artan gərginlik fonunda hərbi mövqeyini gücləndirdiyi göstərilir. Məlumata görə, U.S.S. Gerald R. Ford və ona müşayiət edən gəmi qrupu Karib dənizindən çıxaraq Orta Şərqə yola düşəcək və artıq bölgədə yerləşən USS Abraham Lincoln zərbə qrupuna qoşulacaq.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra İranla bağlı konkret qərar qəbul edilmədiyini bildirib. O qeyd edib ki, Tehranla danışıqlar davam etdiriləcək və mümkün razılaşma variantları araşdırılacaq. Tramp sosial şəbəkədə paylaşımında yazıb ki, “heç bir yekun razılaşma əldə olunmayıb, lakin İranla danışıqların davam etdirilməsində israr etmişəm”. O əlavə edib ki, razılaşma mümkün olarsa, bu üstünlük təşkil edəcək variant olacaq.

Pentaqon Yaxın Şərqə ikinci aviadaşıyıcı zərbə qrupunun göndərilməsi üçün hazırlıq göstərişi verib. ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğursuz olacağı təqdirdə regiona əlavə hərbi qüvvələrin göndərilməsini nəzərdən keçirir. Tramp daha əvvəl bəyan etmişdi ki, Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunmazsa, ABŞ İranla bağlı “çox sərt addımlar” ata bilər. O, həmçinin İranla danışıqların ikinci raundunun gələn həftə keçirilə biləcəyini qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İranın raket proqramı ilə bağlı açıqlamalarına sərt reaksiya verib. İran dövlət televiziyasının məlumatına görə, Əraqçi İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehranda keçirilən yürüşdə ABŞ-la danışıqlara dair açıqlama verib. Nazir bildirib ki, heç kim İranın raket proqramına müdaxilə edə bilməz. “Raketlərimiz müzakirə mövzusu deyil və olmayacaq”, – deyə o vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, region ölkələrinin danışıqlar prosesindəki xoşniyyətli yanaşmalarını yüksək qiymətləndirdiklərini bildirib. Həftəlik mətbuat konfransında çıxış edən Bəqayi, İranın danışıqlar masasında "zaman qazanmaq" niyyəti güdməsi ilə bağlı tənqidlərə cavab verən Bəqayi, bu iddiaların əsassız olduğunu bildirib.

İranın ali lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Laricani çərşənbə aqşamı nümayəndə heyəti ilə birlikdə Omana səfər edəcək. Bu barədə bazar ertəsi İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Səfərin regionda gərginliyin artdığı və diplomatik təmasların intensivləşdiyi bir vaxta təsadüf etməsi diqqət çəkir. Ötən həftə Omanın vasitəçiliyi ilə ABŞ və İran diplomatları arasında dolayı danışıqlar baş tutub. Bu danışıqlar ABŞ-ın İran yaxınlığındakı dəniz qüvvələrini gücləndirdiyi və Tehranın hər hansı bir hücum qarşısında sərt cavab verəcəyini vəd etdiyi bir şəraitdə diplomatiyanı canlandırmağa xidmət edir. Laricaninin səfəri bu proseslərin davamı kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Tramp Omanda keçirilən İran müzakirəsinin ardından qiymətləndirmələr aparıb. Görüşün çox yaxşı keçdiyini bildirən Tramp, gələn həftə İran tərəfi ilə yenidən bir araya gəlinəcəyini söyləyib. ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində Omanda İran ilə keçirilən müzakirəyə dair jurnalistlərin suallarını cavablandırıb.

BAKI,AzerVoice, Fərid Mikayılov İran və Oman xarici işlər nazirləri ABŞ–İran nüvə danışıqları ərəfəsində Maskat şəhərində görüş keçiriblər. AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Oman paytaxtı Maskatda bu ölkənin xarici işlər naziri Badr bin Həməd əl-Busaidi ilə danışıqlar aparıb.

ABŞ hökuməti İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədəki vətəndaşlarına növbəti dəfə "ölkəni dərhal tərk etmə" çağırışı edib. ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan xəbərdarlıqda vətəndaşlardan Vaşinqtonun köməyinə güvənmədən, təcili çıxış planı hazırlamaları istənilib.

Amerika və İran arasındakı gərginliyin bölgəni yeni bir çatışmaya sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu net şəkildə ortaya qoyduq və bunu həmsöhbətlərimizə çatdırdıq. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Prezident Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşdüyünü, dərhal ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar apardığını qeyd edib.