#Qəzza münaqişəsi

“Times of Israel” və “Haaretz”in istinad etdiyi diplomatik mənbələr bildirir ki, HƏMAS böyük güzəştlərə hazır olduğunu göstərərsə, İsrail siyasi rəhbərliyi bu hərbi əməliyyatı dayandıra bilər. Lakin iki tərəf arasında fikir ayrılıqlarının qalması ehtimalı hələ də yüksəkdir. Fələstinli mənbələr isə HƏMAS-ın danışıqlarda irəliləyiş istəyinin İsrailin Qəzzaya nəzarət planından çəkilib-çəkməməsindən asılı olduğunu vurğulayırlar. Bu xəbərlər İsrail-HƏMAS arasında danışıqların əvvəlki iflasından sonra gəlsə də, İsrailin razılığa hazır olduğunu göstərən siqnallar da mövcuddur.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 15 fələstinli həyatını itirib. Xəstəxana mənbələrinin və şahidlərin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağında yenidən köçkün düşənlərin çadırlarını, mülki insanların evlərini və yardım gözləyən şəxsləri hədəfə alıb. İsrailin Qəzza şəhərinin cənub-şərqində yerləşən Zeytun məhəlləsində bir evi bombalaması nəticəsində 4 fələstinli həyatını itirib, 2 nəfər yaralanıb. Eyni məhəllədə başqa bir evə edilən hücum zamanı da 4 nəfər ölüb.

Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzzanı işğal etmək qərarına sərt reaksiya verərək bu qərarı “misilsiz bir fəlakətin başlanğıcı” kimi qiymətləndirib. O, Qəzzadakı mülki əhalinin və HƏMAS-ın Qəzzada saxladığı girovların bu strategiyanın əsas qurbanı olmağa davam edəcəyini vurğulayıb və BMT mandatı altında beynəlxalq koalisiya yaradılması təklifini irəli sürüb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal sülh və təhlükəsizlik məqsədlərini həyata keçirə bilməsi üçün ciddi islahata ehtiyacı var. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin yaradılmasının 80-ci ildönümü münasibətilə keçirilən tədbirə göndərdiyi video-müraciətdə deyib.

Iclas Danimarka, Fransa, Yunanıstan və Sloveniya tərəfindən tələb edilib. Təhlükəsizlik Şurasının beş daimi üzvündən ABŞ istisna olmaqla dördü İsrailin planına qarşı çıxıb. Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Ceyms Kariuki iclasın təşəbbüskarları sırasında yer aldığını bildirib. Rusiyanın daimi nümayəndəsinin müavini Dmitri Polyanskiy isə İsrailin planını “beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirərək, bunun regionda təhlükəsizliyi təhdid etdiyini vurğulayıb.

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edərək, İsrailin Qəzza zolağında hərbi cinayətlər törətdiyini bildirib və ölkənin futbol yarışlarından kənarlaşdırılmasını tələb edib. Albanese X platformasında UEFA-nın əl-Obeidin ölümünə dair paylaşımına istinad edərək, “UEFA, qatillərini yarışlarımızdan qovmağın vaxtıdır. Gəlin idmanımızı ayrı-seçkilik və soyqırımdan təmizləyək” sözlərini yazıb.

Baş nazir Entoni Albanese kabinet iclasından sonra verdiyi açıqlamada bu qərarın iki dövlətli həll modelinə dəstək məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə zorakılıq dövrünü sona çatdırmaq, Qəzzada münaqişə, əzab və aclığı aradan qaldırmaq ümidini gücləndirəcək. Albanese həmçinin İsrailin beynəlxalq qanunlara meydan oxumaqda davam etdiyini və Qəzzadakı əhaliyə, xüsusilə uşaqlara yardımın qarşısını aldığını vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabineti iclasında İsrailin Qəzzanı işğal planına qarşı Türkiyənin atacağı addımlar və “Terrorsuz Türkiyə” prosesi çərçivəsində son inkişaflar müzakirə olunacaq. İclasın gündəliyində həmçinin daxili və xarici siyasətdəki digər mühüm məsələlər də yer alacaq.