#İraq və Livan siyasəti

İsrail ordusu Livan hökumətinin Hizbullahın tərksilah edilməsi prosesində irəliləyiş olduğunu elan etməsinə baxmayaraq bazar ertəsi ölkənin cənubuna silsilə hava zərbələri endirib. İsrail hərbçiləri bir müddət əvvəl Livanın cənubundakı bir neçə bölgədə Hizbullah tərəfindən terrorçuların təlimi üçün istifadə edilən infrastrukturun hədəf alındığını bildirib. Rəsmi bəyanatda bu nöqtələrin İsrail qüvvələrinə və mülki şəxslərə hücum hazırlamaq məqsədilə istifadə edildiyi qeyd olunub. Livanın Milli İnformasiya Agentliyi isə İsrailin ən azı beş kəndi — Ansar, Zərariyə, Kfar Melki, Nahr əl-Şita və Buslayan itop və hava atəşinə tutduğunu xəbər verib.

İsrail ordusu Livanın cənubundakı Nəbətiyyə vilayətində bir avtomobili pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, Nəbətiyyəyə tabe olan Bint Cubeyl rayonunda bir avtomobil İsrailə məxsus PUA tərəfindən vurulub. Hücum nəticəsində yaralıların olduğu və təcili tibbi yardım qruplarının hadisə yerinə cəlb edildiyi bildirilib. Livan rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.

1948-ci ildə İsrail dövlətinin yaranmasından bəri Livan-İsrail danışıqları əsasən hərbi və texniki çərçivədə aparılıb. 1949-cu il atəşkəs sazişindən tutmuş 2022-ci il dəniz sərhədlərinin müəyyənləşdirilməsinə qədər Livan siyasi baxımdan İsraillə birbaşa dialoqu rədd edən sabit mövqeyini qoruyub və yalnız beynəlxalq vasitəçilər vasitəsilə məhdud əlaqə ilə kifayətlənib.

“Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, şikayəti deputatlar İlyas Xuri, Əşrəf Rifi, Kamil Şamun, Corc Aqis, sabiq deputat Edi Əbi Ləma və “Dəyişiklik Hərəkatı”nın rəhbəri vəkil İli Mahfuz imzalayıb. Onların şikayəti Beyrutdakı Ədliyyə Sarayında qeydiyyata alınıb və sənəddə Nəim Qasimlə yanaşı istintaq nəticəsində müəyyən olunacaq bütün şəriklər, iştirakçılar və təhrikçilərin də məsuliyyət daşıdığı vurğulanıb.