Xilafəti beş əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsidir. Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüt- təlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşul-muş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır.
#Abdullah ibn Zübeyr
Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuşdur. Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hic rətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuk döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir.