#HƏMAS

Xəstəxana rəsmiləri hücumun məqsədyönlü şəkildə jurnalistləri hədəf aldığını bildiriblər. İsrail ordusu Ənəs əl-Şərifin öldürüldüyünü təsdiqləyərək onu “HƏMAS hüceyrə lideri” olmaqda ittiham edib. Lakin “Əl-Cəzirə” və Fələstin tərəfi bu iddiaları rədd edərək hadisəni mətbuat azadlığına qarşı açıq hücum kimi qiymətləndirib. Hücum nəticəsində fotojurnalistlər İbrahim Zahir, Mömin Alive və Məhəmməd Nəvfəl də həyatını itirib, bir neçə jurnalist yaralanıb.

Qətər və Misir Qəzza zolağındakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir, lakin HƏMAS bu səylərin nəticələri barədə məlumat almayıb. Qətər və Misirdəki vasitəçilər səylərini dayandırmayıblar, amma indiyədək bu səylərin nəzərəçarpacaq nəticəsi olmayıb və HƏMAS rəsmi olaraq heç bir nəticə barədə məlumatlandırılmayıb.

Qəzza zolağında son 24 saat ərzində ikisi uşaq olmaqla beş nəfər aclıq və qidalanma çatışmazlığı nəticəsində həyatını itirib. Beləliklə qidalanma çatışmazlığı səbəbindən ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla 217 nəfərə yüksəlib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İngiltərə, İsrail Təhlükəsizlik Kabinetinin "Qəzza şəhərinin" işğalını təsdiqləmə qərarının yanlış olduğunu bildirərək, bu qərarın dərhal yenidən nəzərdən keçirilməsi çağırışı edib.İngiltərənin Baş naziri Keir Starmer, İsrail Təhlükəsizlik Kabinetinin Qəzza Zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalını nəzərdə tutan yeni planı təsdiqləməsinə dair yazılı açıqlama verib.

HƏMAS bəyanatında Baş nazir Benyamin Netanyahunun Qəzza planının soyqırım və məcburi köçkünlük siyasətinin davamı olduğunu bildirib. Təşkilat Netanyahunun israilli məhbusları şəxsi maraqları və ifrat ideoloji gündəmi üçün qurban verdiyini vurğulayıb. HƏMAS həmçinin Qəzza xalqının işğala və qəyyumluq yaratmaq cəhdlərinə müqavimət göstərəcəyini, hücumların isə İsrail ordusuna baha başa gələcəyini bəyan edib.

Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək. Nazir Fidanın bu səfər çərçivəsində Misir Prezidenti Sisinin onu qəbul edəcəyi də gözlənilir. Nazir Fidan sonuncu dəfə 2025-ci il martın 23-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası (ƏL) Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək məqsədilə Qahirəyə səfər etmişdi. Misirin xarici işlər naziri Əbdülati isə 2025-ci il fevralın 4-də ikitərəfli səfər çərçivəsində Türkiyəyə gəlmişdi.

ABŞ mərkəzli “Axios” portalı yazır ki, ilkin mərhələdə plan yalnız Qəzza şəhərini əhatə edəcək və qaçqın düşərgələrinə yayılmayacaq. Rəsmi mənbələr bildirir ki, məqsəd oktyabrın 7-dək şəhərdəki bütün mülki əhalini mərkəzi və ətraf bölgələrdəki qaçqın düşərgələrinə köçürmək, ardından isə HƏMAS üzvlərinə qarşı qurudan hücum başlamaqdır.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağını idarə etmək niyyətində deyil və bu ərazinin nəzarətini bölgədə təhlükə yaratmayan və yerli əhaliyə yaxşı həyat təmin edə biləcək ərəblərdən ibarət qüvvələrə vermək istəyir. Bu barədə Netanyahu Netanyahu “Fox News” telekanalına müsahibəsində danışıb.

Nazir həmçinin bildirib ki, HƏMAS, İsrailin siyasətinə görə məsuliyyət daşımayan girovları azad etməlidir. Qeyd edək ki, Fələstin dövləti rəsmi olaraq 15 noyabr 1988‑də elan olunub və həmin vaxtdan bəri müxtəlif ölkələr tərəfindən tanınıb.