HƏMAS-ın hərbi qolu olan “İzzəddin əl-Qəssam Briqadaları” Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) girovlara humanitar yardım çatdırılması ilə bağlı istənilən müraciətinə cavab verməyə hazır olduqlarını bildirib. Bu barədə hərəkatın rəsmi nümayəndəsi Əbu Ubeydənin “HƏMAS”ın “Telegram” kanalında dərc olunan bəyanatında qeyd olunub.
#HƏMAS
HƏMAS, İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlar və İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə təşkil etdiyi basqının beynəlxalq və regional sülh üçün ciddi təhdid yaratdığını bildirib.
İsrail Müdafiə Ordusu (SAXAL), Qəzza zolağında HƏMAS-ın "Əl-Furqan" batalyonunun komandir müavinini öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
HƏMAS, İsrailin Qəzza zolağına hücumları davam etdiyi və Fələstin xalqının hüquqları tam şəkildə bərpa olunmadığı müddətcə silahı yerə qoymayacaq.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff HƏMAS-ın silahı buraxdığını iddia edib.
“Hesab edirəm ki, qarşıdakı günlərdə girovların azad edilməsi ilə bağlı qismən razılığa gəlib-gəlməyəcəyimiz məlum olacaq. Əgər razılıq əldə olunmasa, döyüşlər fasiləsiz davam edəcək”- deyə, o qeyd edib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi HƏMAS heyəti ilə görüş keçirib.
İran Xarici İşlər Nazirliyi, ABŞ və müttəfiqlərinin İrana qarşı səsləndirdiyi “xaricdəki müxaliflərə, jurnalistlərə və rəsmi şəxslərə qarşı sui-qəsd və qaçırma siyasəti” ittihamlarını əsassız hesab edərək qəti şəkildə rədd edib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qəzzada aclıqla mübarizə aparmaq məqsədilə xüsusi bir plan üzərində işləyir. Bu barədə Tramp "Axios" portalına verdiyi müsahibədə danışıb.
HƏMAS yazılı açıqlamasında “Qəzzada ehtiyacı olanlara yardım çatdırılarsa və dərinləşən humanitar böhran, aclıq aradan qalxarsa, dərhal atəşkəs danışıqlarına qoşulmağa hazırıq”
İsmayıl Haniyyə “HƏMAS”ın təcrübəli siyasi və diplomatik siması sayılırdı. O, tələbə qolu olan “İslam Bloku”ndan başlamış, sonradan siyasi fəaliyyətə yiyələnərək müxtəlif rolları üzərinə götürməyə başladı. Bunlara 1997-ci ildə azad ediləndən sonra hərəkatın banisi şeyx Əhməd Yasinlə birlikdə onun ofisinin idarə olunması da daxil idi.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun cümə günü Qəzza zolağına səfəri planlaşdırılır.