Hubble Kosmik Teleskopu Yerə təxminən 1000 işıq ili məsafədə, "Dracula Sandviçi" ləqəbli IRAS 23077+6707 sistemini aşkar edib. Bu sistemdə gənc bir ulduz ətrafında formalaşan ən böyük planet diski müşahidə olunub və onun diametri Günəş sistemimizin 40 qatına bərabərdir.
#Günəş sistemi
1992-ci ildə ilk dəfə bir pulsarın ətrafında iki planet aşkar edilmiş, 1995-ci ildə isə əsas sıra ulduzu ətrafında ilk ekzoplanet tapılmışdı. Sonrakı illərdə Kepler və TESS missiyaları ilə kəşflərin sayı sürətlə artdı. 2015-ci ildə Kepler-in mininci ekzoplaneti təsdiqlənmiş, 2016-cı ildə isə təkcə bir ildə təxminən 1500 yeni planet kəşf edilmişdi. 2022-ci ilin martında rəqəm 5 minə çatmışdı, 2025-ci ilin sentyabrına isə 6 min ekzoplanet qeydə alındı.
Yer kürəsinin hazırkı halı və tərkibinin necə formalaşdığı uzun illərdir elmi maraq doğurur. Xüsusən də XX əsrin ortalarından bəri aparılan tədqiqatlar mövzuya böyük aydınlıq gətirib. Meteoritlərin izotop analizləri və ABŞ-ın Apollo kosmonavtlarının Ay səfərlərindən gətirdiyi süxurlar bu sahədə mühüm nəticələr ortaya qoyub.
7 sentyabr gecəsi Günəşdə gücü üzrə sonuncudan əvvəlki sinifə aid partlayış qeydə alınıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Qeyd olunub ki, Bakı vaxtı ilə saat 02:15-də Günəşin 4207-ci ləkə qrupunda (N28W16) rentgen diapazonunda M1.2 sinifli, 10 dəqiqə davam edən partlayış müşahidə edilib.
Günəşdə yüksək gücə malik alışma qeydə alınıb. Bakı vaxtı ilə saat 18:16-da rentgen diapazonunda M1.1 sinfinə aid, 11 dəqiqə davam edən alışma baş verib. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası və Sibir bölməsinin Günəş Yer Fizikası İnstitutu həmin gün üçün alışma aktivliyinin artacağını, iri protuberansların qopması və Yerə təsir göstərə biləcək daha güclü alışmaların formalaşa biləcəyini proqnozlaşdırmışdı.
Bu gün günorta saatlarında Günəşdə gücü yüksək sinfə yaxın partlayış qeydə alınıb. Məlumata əsasən, hazırda Yerətrafı kosmik məkana azenerjili proton axınları daxil olub, lakin onların göstəriciləri normal fon səviyyəsini aşmayıb.