#Suriya ordusu və təhlükəsizlik

İsrail ordusunun Suriyanın cənubundakı Kuneytra bölgəsinə bağlı Beyt Cin kəndinə təşkil etdiyi basqında, ikisi uşaq, ikisi qadın olmaqla 13 nəfərin öldüyü, baş verən toqquşmada 3-ü ağır olmaqla 6 İsrail əsgərinin yaralandığı bildirilib. Suriya mətbuatının verdiyi məlumata görə, kənddə bəzi sakinləri zorla saxlamağa çalışan İsrail əsgərləri ilə baş verən toqquşma zamanı ölənlərin və yaralananların sayı artıb. Basqın zamanı İsrail ordusunun helikopterlərlə əməliyyata dəstək verdiyi və kəndin bəzi bölgələrinin top atəşinə tutulduğu qeyd edilib.

Suriya Xarici İşlər Naziri Əsad Həsən Şeybani bu gün İngiltərədə bir sıra rəsmi görüşlər keçirmək üçün Londraya yola düşüb. Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, Şeybani rəsmi görüşlərdə iştirak etmək məqsədilə İngiltərəyə gedir. Səfərin məqsədinin iki ölkə arasındakı münasibətləri müzakirə etmək və Suriyadakı son inkişafları qiymətləndirmək olduğu vurğulanıb.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, Suriyada Əsəd rejiminin 8 dekabr 2024-cü ildə devrilməsindən sonra Türkiyədən öz ölkəsinə qayıdan Suriyalıların sayı 550 mini ötüb. Nazir qeyd edib ki, bu rəqəm yalnız son bir il ərzində həyata keçirilən geri dönüşləri əhatə edir. Ali Yerlikaya əlavə edib ki, 2016-cı ildən bəri könüllü, təhlükəsiz və nizamlı şəkildə Suriyaya qayıdan Suriyalıların ümumi sayı 1 milyon 290 min nəfərə çatıb. O, Türkiyənin köç və sığınacaq siyasətinin humanitar prinsiplərə əsaslandığını və məcbur durumda olanlara dəstək verdiyini vurğulayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi jurnalistlərin gündəmdəki suallarına cavab olaraq açıqlama yayıb. Açıqlamada bildirilib ki, Suriya hökuməti bütün qurum və bölmələri ilə ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş yenidənqurma işlərini davam etdirir. 13 avqust 2025-ci il tarixində imzalanmış “Ortaq Təhsil və Məsləhət Memorandumu”-ndan sonra, Suriya hökumətinin tələblərinə uyğun olaraq müdafiə və təhlükəsizlik sahəsində potensialın artırılmasına yönəlmiş təlim, ziyarət, məsləhət və texniki dəstək fəaliyyətləri həyata keçirilir.

Türkiyə, Suriyanın sabitliyi və təhlükəsizliyi, eləcə də bölgənin əmin-amanlığı üçün, başda terror təşkilatları ilə mübarizə olmaqla, Suriya hökuməti ilə sıx əməkdaşlığı davam etdirməkdə və ‘Tək Dövlət, Tək Ordu’ prinsipini dəstəkləməkdə qərarlıdır. Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib.

Suriyada Xalq Məclisi üzrə Yüksək Seçki Komissiyası Xalq Məclisinə üzvlük seçkilərinin 5 oktyabr bazar günü keçiriləcəyini elan edib. Komissiyanın ABŞ mərkəzli Meta şirkətinə məxsus Facebook platformasındakı hesabında yayımlanan açıqlamada, seçki tarixinin hicri təqvimə görə 1447-ci ilin Rəbiül-axır ayının 13-nə, miladi təqvimə görə isə 2025-ci il 5 oktyabr tarixinə təsadüf edəcəyi bildirilib.

Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani Ankarada Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında İsrailin regiondakı fəaliyyətlərini sərt tənqid edib.Nazir Şeybani bildirib ki, əvvəlki illərdə olduğu kimi, İsrailin təkrarlanan təhdidləri bu gün də Suriyanın suverenliyini hədəf alır və vətəndaşların təhlükəsizliyini ciddi risk altına salır.Suriya rəsmisi həmçinin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, ölkə daxilində işlər balanslı və praktik şəkildə davam etdirilir.