#Marko Rubio

Bu arada, Tehran və Təl-Əviv arasında yeni müharibə ehtimalı tez-tez gündəmə gəlir. Eyni zamanda, İraqın hələ də bu müharibənin atəşindən yayınmaq təhlükəsindən çıxmadığı ehtimalları irəli sürülür. ABŞ-ın açıq mesajları dövlət katibi Marko Rubio tərəfindən verildi və bunu Bağdaddakı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili də təkrarladı. Bu mesajların məğzi “Həşd əş-Şaabi qanunu”nun qəbuluna qarşı çıxmaq idi. Buna cavab olaraq Xameneinin müşaviri İranda Həşdin silahsızlaşdırılmasına qarşı olduqlarını bəyan etdi.

ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.

ABŞ Dövlət katibi Marko Rubio ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi arasında Ukraynadakı nüvə obyektləri və agentliyin İranda həyata keçirdiyi nəzarət fəaliyyətləri də daxil olmaqla, qlobal nüvə təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu bildirilib. Dövlət Departamentinin açıqlamasına görə, sentyabrın 8-dən 12-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək BAEA İdarə Heyətinin iclası ərəfəsində baş tutan görüşdə Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyi və agentliyin İranda həyata keçirdiyi yoxlama və nəzarət fəaliyyətləri də daxil olmaqla müxtəlif qlobal nüvə təhlükəsizliyi məsələləri müzakirə edilib.

Donald Tramp administrasiyası immiqrasiya siyasətini sərtləşdirərək, etibarlı vizası olan milyonlarla əcnəbinin sənədlərinin yenidən yoxlanılacağını açıqlayıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, yoxlamalar viza müddətini keçmə, cinayət törətmə, ictimai təhlükəsizliyi təhdid etmə, terror fəaliyyəti ilə məşğul olma və ya terror təşkilatına dəstək vermə kimi halları əhatə edəcək. Əgər pozuntular aşkarlanarsa, vizalar ləğv ediləcək, ölkədə olan şəxslər isə deportasiya oluna biləcək. Proses zamanı viza sahiblərinin öz ölkələrindəki təhlükəsizlik və immiqrasiya qeydləri, eləcə də sosial media fəaliyyətləri də nəzərdən keçiriləcək.

Türkmənistan ilə ABŞ arasında diplomatik əlaqələr 1992-ci il aprelin 10-da qurulub. Bu müddət ərzində iki ölkə BMT, ATƏT, BVF və Dünya Bankı kimi nüfuzlu qurumlarda əməkdaşlıq edib, qarşılıqlı təşəbbüsləri dəstəkləyib. Regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi ön plana çıxır.

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin daha dörd nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məhdudiyyətlər Kanada vətəndaşı hakim Kimberli Prost, Fransa vətəndaşı hakim Nikola Giyu, həmçinin Fici vətəndaşı prokuror müavini Şamim Xan və Seneqal vətəndaşı prokuror müavini Mame Mandiyaye Nianqa şamil olunub. Rubionun sözlərinə görə, bu addımın əsas səbəbi Məhkəmənin ABŞ və ya İsrail vətəndaşlarının fəaliyyətlərini araşdırmaq, onların həbs edilməsi və ya saxlanılmasına, məhkəmə qarşısına çıxarılmasına cəhd göstərməsidir. O, Məhkəməni “iflas etmiş institut” adlandırıb.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiven Uitkoff Rusiya və Ukrayna ilə əlaqələri koordinasiya edəcək və yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşünün təşkilinə çalışacaqlar. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.

Dövlət Departamenti ilin əvvəlindən bu yana tələbələrin viza müddətinin pozulması, müxtəlif qanun pozuntuları və təhlükəsizliklə bağlı səbəblərə görə 6 mindən çox vizanın ləğv edildiyini təsdiqləyib. Rəsmi açıqlamada bildirilib ki, bu ləğvlərin böyük əksəriyyəti “hücum, sərxoş halda avtomobil idarəetmə, oğurluq və terrorizmə dəstək” kimi hallarla bağlıdır. Təxminən 4000 tələbənin vizası qanun pozuntularına görə, 200-300 nəfərin vizası isə “terrorla əlaqəli səbəblər” üzündən ləğv olunub.

ABŞ dövlət katibi Marko Rubio, 16 avqustda Qəzzalılara ziyarətçi vizalarının verilməsinin dayandırıldığını elan etdikdən sonra, bu qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib. Rubio, CBS News-a verdiyi müsahibədə, ABŞ-ın Qəzza xalqına verdiyi ziyarətçi vizalarının dayandırılması ilə bağlı danışıb. Rubio bildirib ki, yalnız Qəzzalı uşaqlara deyil, onlara müşayiət edən böyüklərə də viza verildiyini xatırladıb. Rubio, Konqresə təqdim olunan sübutlara əsasən, viza prosesi ilə əlaqəli olan bəzi qurumların HƏMAS-la güclü əlaqələrinin olduğunu iddia edərək, “HƏMAS-la dost münasibətdə olan qruplarla əməkdaşlıq etməyəcəyik.” - deyə qeyd edib.