#Ər-Riyad

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi krallığın paytaxtı Ər-Riyadda ərəb və islam ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə mühüm məşvərətçi iclasın keçiriləcəyini elan edib. Çərşənbə günü baş tutacaq bu toplantı regionda artan gərginlik fonunda təhlükəsizlik və sabitliyin təmin edilməsi yollarını müzakirə etmək məqsədi daşıyır.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bin Abdullah Ər-Riyadda Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüş keçirib. Tərəflər görüş zamanı Səudiyyə Ərəbistanı və Suriya arasında qardaşlıq münasibətlərini nəzərdən keçirib, Suriyada mövcud vəziyyət və regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfərini başa çatdırdıqdan sonra Misirə yollanacaq. Bu, Ankara–Qahirə xətti üzrə liderlərin son dövrlərdə növbəti yüksək səviyyəli təması olacaq. Qeyd edək ki, Prezident Ərdoğanın bu il ərzində ilk xarici səfəri Səudiyyə Ərəbistanına olub. O, Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüş keçirib. Səudiyyə Ərəbistanındakı təmaslardan sonra Türkiyə Prezidenti Misirin paytaxtı Qahirəyə yola düşəcək.

Səudiyyə Ərəbistanının Əl-Nəsr klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu klubdan ayrılmaq ehtimalı ilə gündəmə gəlib. Buna səbəb futbolçunun rəhbərliyin transfer siyasətindən narazı qalması və mümkün boykot qərarı ilə bağlı yayılan məlumatlardır. Portuqaliya mətbuatında yer alan məlumatlara görə, Ronaldo Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondunun (PIF) Əl-Nəsrə yanaşmasından narazıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək. Səfər Ankara ilə Ər-Riyad arasında son illər güclənən siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salman tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Qlobal Əmək Bazarı Konfransında iştirak edib.İşçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinin, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılmasının, işəgötürənlərlə sıx tərəfdaşlığın qurulmasının da prioritet fəaliyyət istiqamətlərindən olduğu qeyd edilib. 2025-ci ildə ölkəmizdə məşğulluq orqanları tərəfindən 567 min nəfərin aktiv əmək bazarı proqramlarına cəlb edildiyi, onlardan 189 min insanın işlə təminatının həyata keçirildiyi, həmçinin özünüməşğulluq, peşə hazırlığının təşkili proqramlarının icrası işləri diqqətə çatdırılıb.

ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil olunan 11-ci Qlobal Forumda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir.