#Mədəniyyət və Turizm Nazirliyi

Oktyabrın 22-də Muzey Mərkəzinin sərgi qalereyasında “Zamanını aşan miras - İpək yolu” adlı beynəlxalq sərgi açılıb.Türkiyənin İnsan və Mədəniyyət Hərəkatı Sənət Birliyinin təşkilatçılığı, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycandakı səfirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti, Muzey Mərkəzi və Bakı Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunub.