#Bunu bilirsinizmi?

Yuxusuzluq təkcə gecə yuxusuna təsir etmir, eyni zamanda insanın gündəlik həyat keyfiyyətini də ciddi şəkildə aşağı salır. Davamlı yuxu problemi yorğunluq, diqqət yayınıqlığı və hətta psixi sağlamlıq problemlərinə səbəb ola bilər. Müasir həyat tərzi, texnologiyadan həddindən artıq istifadə və qeyri-müntəzəm həyat rejimi insanların yuxu keyfiyyətinə mənfi təsir göstərir. Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının Nevrologiya Bölümünün mütəxəssisi Prof. Dr. Kadriye Ağan yuxusuzluğun səbəbləri, fəsadları və qarşısını almağın yolları haqqında danışıb.

Avropa Piylənmə Araşdırmaları Assosiasiyası tərəfindən aparılan yeni bir araşdırmaya görə, gündəlik həyatımızda tez-tez istehlak edilən qidalardan alınan yüksək miqdarda natrium, xüsusilə qadınlarda ümumi və qarın bölgəsində piylənmə riskini əhəmiyyətli dərəcədə artırır.

Yeni elmi araşdırma yalnızlıq hissinin insan sağlamlığına təsirinin daha dərin olduğunu ortaya qoyur. Cornell University tədqiqatçılarının apardığı və JAMA Network Open jurnalında dərc olunan araşdırmaya əsasən, insanın özünü yalnız hiss etməsi, real sosial təcriddən daha ciddi sağlamlıq riskləri yaradır.

İnsan orqanizmi hər saniyə mükəmməl bir mexanizm kimi fəaliyyət göstərir. Gündəlik həyatımızda fərqinə varmadığımız bioloji proseslər əslində inanılmaz rəqəmlərlə ifadə olunur. Bədənimizin fəaliyyəti gün ərzində dəyişir. Məsələn, ürək-damar sisteminin aktivliyi saat 18:00-da maksimum, gecə saat 03:00-04:00 radələrində isə minimum səviyyədə olur. Gənc bir insan üçün gündəlik enerji sərfi norması 3000 kkal-dır. Bunun 1700-ü əsas maddələr mübadiləsinə, 170-i həzmə, 1130-u isə əzələ işinə sərf edilir.

İnsan orqanizmi haqqında aparılan son tədqiqatlar və statistikalar bədənimizin hər gün qarşılaşdığımız, lakin fərqinə varmadığımız heyrətamiz xüsusiyyətlərini üzə çıxarıb. Bədənimizin duyğu orqanları inanılmaz imkanlara malikdir. Məsələn, burnumuz 50 000 fərqli qoxunu bir-birindən ayıra bilir. Maraqlı bir fakt isə qulaqlarla bağlıdır: insan qorxu və ya stress vəziyyətində olduqda, qulaqlarda daha çox kükürd (qulaq kiri) istehsal olunur.

Reklam məhsul və ya xidmətlərin tanıdılması, təşviqi və satışı məqsədilə müəyyən mesajların konkret auditoriyaya çatdırılması prosesidir. O, istehlakçıların diqqətini cəlb etmək, maraq yaratmaq və onları alış-verişə və ya müəyyən davranışa yönəltmək üçün istifadə olunan əsas kommunikasiya vasitələrindən biridir. Reklam eyni zamanda şirkətlərin, brendlərin və təşkilatların imicinin formalaşdırılmasında, bazarda mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Mütəxəssislər qlobal temperatur artımının indiyədək qəbul edilən proqnozlardan xeyli sürətlə getdiyini müəyyən edərək iqlim dəyişikliyi ilə bağlı ciddi xəbərdarlıq ediblər. Alimlər təcili “toparlanma planı”nın hazırlanmasına çağırır, bildirirlər ki, dünya həm qlobal isinmənin real sürətini, həm də bunun iqtisadi nəticələrini ciddi şəkildə qiymətləndirməyib. Böyük Britaniyanın Exeter Universitetinin hazırladığı yeni hesabatda qlobal temperaturun əvvəlki elmi modellərdə nəzərdə tutulduğundan daha sürətlə artdığı vurğulanır. Hesabata əsasən, mövcud tendensiyalar davam edərsə, Yer kürəsinin 2050-ci ildən əvvəl sənayeöncəsi dövrlə müqayisədə 2 dərəcədən artıq isinməsi artıq yüksək ehtimal kimi qiymətləndirilir.

Yeni elmi araşdırma göstərib ki, termosepsiya - yəni bədənin temperaturu hiss etmə qabiliyyəti - insanın özünüdərk hissəsi və ruhi sağlamlığı üzərində mühüm rol oynayır. Alimlər müəyyən ediblər ki, temperatur dəyişiklikləri təkcə bizi üşütmür və ya isindirmir, eyni zamanda bədənimizi necə qavradığımızı köklü şəkildə dəyişir.

Mütəxəssislər xəbərdarlıq edir ki, qış tətili dövründə telefon, planşet və oyun konsollarından həddindən artıq istifadə uşaqlarda həm psixoloji, həm də fiziki sağlamlıq problemlərinin artmasına səbəb olur. Ekran asılılığı narahatlıq, depressiya, diqqət çatışmazlığı və piylənmə riski ilə birbaşa əlaqələndirilir. Texas A&M Universitetinin İctimai Sağlamlıq Fakültəsinin professoru Cey Maddok məktəb tətilləri zamanı rəqəmsal cihazlardan həddindən artıq istifadənin uşaqların ümumi sağlamlığına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, uşaqların sosial şəbəkələrdə, videooyunlarda və digər rəqəmsal platformalarda uzun müddət vaxt keçirməsi təkcə psixoloji problemlərə deyil, həm də fiziki aktivliyin azalması fonunda sağlamlıq pozuntularına yol açır.