Tədbir çərçivəsində Azərbaycanın Meksikadakı səfiri və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədrinin video müraciətləri səsləndirilib.
#UNESCO
Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” adlı tədbirdə çıxışında deyib.
28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin və Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həmin Mərkəzdə “Ümumdünya Türk Dili Ailəsi Günü” münasibətilə “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib.
22-23 yanvar 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Özbəkistan Respublikasına ilk rəsmi səfəri baş tutub. Səfər Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası arasında güclü və uzunmüddətli tərəfdaşlığın başlanğıcını qoyan əlamətdar və tarixi bir hadisə kimi dəyərləndirilir. Bu, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı mühüm qərara əsasən atılan addım olub.
Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bildirib ki, 2025-ci ildə xaricə qanunsuz çıxarılan 180 mədəniyyət nümunəsi Türkiyəyə qaytarılıb. 2002–2025-ci illər arasında isə ümumilikdə qaytarılan mədəniyyət nümunələrinin sayı 13 448-ə çatıb. Nazir qeyd edib ki, Mədəniyyət Varlıqları və Muzeylər Baş İdarəsinin Qanunsuzluqla Mübarizə Şöbəsi vasitəsilə mədəni irsin qorunmasına dair fəaliyyətlər 2025-ci ildə də konkret nəticələrlə davam etdirilib. Xaricə çıxarılan mədəni nümunələr elmi, hüquqi və diplomatik yolla tək-tək müəyyən edilərək ölkəyə gətirilir, muzeylər, hərrac evləri və kolleksiyalar diqqətlə yoxlanılır, beynəlxalq əməkdaşlıqlar və hüquqi proseslər isə ardıcıl aparılır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.
Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib
Dekabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında UNESCO-nun yubileylər proqramına daxil edilmiş Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi keçirilib.
Bu günü, 15 dekabr Dünya Türk Dilləri Günü qeyd olunur. Bu tarix UNESCO tərəfindən dünya üzrə 200 milyondan çox insanın danışdığı türk dili ailəsini qeyd etmək və təşviq etmək məqsədilə təsis edilib. UNESCO-nun Özbəkistanda keçirilən 43-cü Baş Konfransı 15 dekabr tarixini Dünya Türk Dilləri Günü kimi rəsmi şəkildə elan edib. Məqsəd türk dili ailəsini qorumaq, qeyd etmək və onun təbliğini aparmaqdır.
Türk Mədəniyyəti və İrsi Fondunun Mənzil qərargahında Təşkilatın prezidenti Aktotı Raimkulova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri cənab Rüfət Mahmud arasında görüş keçirilib. Görüş zamanı tərəflər Türk dünyasının mədəni irsinin qorunması, idarə olunması və təbliği sahəsində mövcud tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə “İçərişəhər”in zəngin tarixi irsi, UNESCO Dünya İrsi Siyahısında yer alması və bu irsin daha geniş beynəlxalq auditoriyaya çatdırılması üçün həyata keçirilə biləcək birgə layihələr diqqət mərkəzində olub.
Türk Dil Qurumu (TDK) 15 Dekabr Dünya Türk Dili Ailəsi Gününü bu il ilk dəfə xüsusi tədbirlə Ankarada qeyd etməyə hazırlaşır. UNESCO-nun 2025-ci il 3 noyabr tarixində keçirilən 43-cü Baş Konfransında qəbul etdiyi qərarla Türk dillərinin qədim mədəni irsi rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” kimi tanındı və beynəlxalq səviyyədə qeyd ediləcək günlər sırasına daxil edildi.
UNESCO Yusif Məmmədəliyevin 120 illik yubileyini, onun qlobal elm və mədəniyyət sahəsindəki töhfələrinin tanınmasında əhəmiyyətli addım hesab edir. Bunu bu gün UNESCO-nun baş direktorunun müavini Lidiya Brito keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın açılış mərasiminə ünvanladığı video-müraciətdə bildirib.