Fransanın xarici işlər naziri Jan-Noel Barro, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun qurumun fəaliyyətini məhdudlaşdırdığını etiraf etsə də, ABŞ və İsrailin İrana qarşı birtərəfli hərbi müdaxiləsini tənqid edib. Nazir Barro mətbuata açıqlamasında bildirib ki, İran rejimi onilliklərdir nüvə proqramını tənzimləyən və silahlı qruplaşmalara dəstəyi qadağan edən BMT qərarlarına məhəl qoymur. O, bölgədə qalıcı sülhün təməli sayıla biləcək beynəlxalq təsisatlar çərçivəsində bu problemin həll olunmamasını "təəssüf doğuran hal" kimi qiymətləndirib.
#fransa xin
Fransa, Böyük Britaniya, Kanada və Yaponiya da daxil olmaqla 14 ölkə çərşənbə günü İsrailin işğal altındakı İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin yaradılması ilə bağlı son qərarını kəskin şəkildə pisləyib və İsrail hökumətini bu qərardan geri çəkilməyə, həmçinin məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilir: “Almaniya, Belçika, Kanada, Danimarka, İspaniya, Fransa, İtaliya, İrlandiya, İslandiya, Yaponiya, Malta, Niderland, Norveç və Böyük Britaniyanın nümayəndələri, İsrail hökumətinin təhlükəsizlik kabinetinin işğal altındakı İordan çayının qərb sahilində 19 yeni yaşayış məntəqəsinin yaradılması barədə qərarını pisləyirik.”
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə ölkəmizə qarşı əsassız ittihamla çıxış edən Fransanın XİN rəhbəri Jan-Noel Barroya cavab verib.