#Beynəlxalq Prokurorlar Assosiasiyası

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapura işgüzar səfərə gedib. AzerVoice xəbər verir ki, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.