#bartın

Bartın Dövlət Xəstəxanası tərəfindən 6 növ tibbi qaz alımı üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tibbi qazlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınacaq. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Türkiyənin Bartın vilayətinin Ulus rayonunda meşəlik ərazidə baş verən yanğın nəzarət altına alınıb. Aşağıçerçi kəndi ərazisində başlayan yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə çox sayda yanğınsöndürən briqada və texnika cəlb olunub. Alov və tüstü geniş ərazidə təsirini göstərdiyi üçün yanğına havadan və qurudan müdaxilə edilib. Külək və ərazinin mürəkkəbliyi işləri çətinləşdirib, lakin alovun yayılmasının qarşısını almaq üçün iş texnikası ilə meşəlikdə yol açılıb.

Türkiyənin Bartın rayonunda meşə yanğını qeydə alınıb. Yanğın Bartının Ulus rayonunda baş verib. Əraziyə çox sayda yanğınsöndürən briqadaları və texnika cəlb olunub. Alov və tüstü geniş sahəyə yayılır, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir. Bartın valisi Nurtaç Arslan da hadisə yerinə gələrək vəziyyətlə tanış olub və məsul şəxslərdən məlumat alıb. O, jurnalistlərə açıqlamasında əhalinin təxliyəsinin gündəmdə olmadığını bildirib.

Türkiyənin Kocaeli, Bartın və Bursa şəhərlərində baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və qurudan intensiv iş aparılır. Kocaelinin Karamürsel rayonunun Suludərə məhəlləsində meşəlik ərazidə hələ müəyyən edilməmiş səbəbdən yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə və Meşə Təsərrüfatı İdarəsinin qrupları, eləcə də helikopterlər cəlb olunub. Kocaeli valisi İlhami Aktaş yanğınsöndürmə işlərinin küləkli hava şəraitində çətinləşdiyini bildirərək sakinləri diqqətli olmağa çağırıb.