#100 metr qaçış

Çinin “Tianqun Ultra” insanabənzər robotu 100 metri 8,86 saniyəyə qət edib. Nəticə Pekində keçirilən Dünya İnsanabənzər Robot Oyunlarının yarımfinalında qeydə alınıb. Robot ilk mərhələdə 9,39 saniyəlik nəticə göstərmişdi. Beləliklə, onun göstəricisi 0,53 saniyə yaxşılaşıb. Robot Pekin İnsanabənzər Robotlar İnnovasiya Mərkəzi tərəfindən hazırlanıb. Kişilər arasında 100 metr məsafəyə qaçış üzrə dünya rekordu 9,58 saniyədir. Rekord 2009-cu ildə Useyn Bolt tərəfindən müəyyənləşdirilib. Robotun nəticəsi ilə insan atletikasındakı rəsmi rekordun birbaşa müqayisəsi isə fərqli yarış şəraitinə görə şərti xarakter daşıyır.