#Tramp Coin

Reuters/Ipsos-un keçirdiyi yeni sorğu amerikalıların əksəriyyətinin ABŞ Prezidenti Donald Tramp və ailəsinin hakimiyyətə qayıtdıqdan sonra kriptovalyuta biznesindən qanunsuz şəkildə faydalandığını düşündüyünü göstərib. Avqustun 14-17-də 1166 nəfərin iştirakı ilə keçirilən sorğuya əsasən, respondentlərin 63 faizi Tramp və ailəsinin bu sahədən qazanc əldə etməsini yolverilməz hesab edir. Eyni zamanda, amerikalıların 69 faizi prezidentin şəxsi biznes maraqlarının siyasi qərarlarına təsir etdiyinə inanır.