Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışları davam edir. Azərbaycan təmsilçiləri 4 kateqoriyada 1/4 finala yüksəliblər. Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub - 2:0. Qadınların fərdi mübarizəsində isə Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovaya 2:0 hesabı ilə qalib gəlib. Qadınların qoşa yarışında da Azərbaycan Tacikistandan üstün olub. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumaiyakhon Hasanova və Mohira Karimova cütünü məğlub edib - 2:0.