Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin bu yaxınlarda Səudiyyə Ərəbistanı və Pakistanla imzaladığı birgə müdafiə müqaviləsinə Misirin də qoşulması mümkündür. Türkiyə lideri ölkəsinin Suriya və Qəzzanı tək qoymayacağını vurğulayaraq, Hörmüz boğazının açılmasının vacibliyini qeyd edib.
#Məkkə Müdafiə Sazişi NATO modelinə əsaslanır: Birimizə hücum hamımıza hücumdur
Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Asim İftixar Əhməd Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış yeni üçtərəfli müdafiə sazişini "son həftələrin ən mühüm hadisələrindən biri" kimi dəyərləndirib. Diplomat bildirib ki, bu sənəd regional təhlükəsizlik əməkdaşlığında tarixi bir mərhələni təşkil edir.