#TÜİK

Türkiyədə iyul ayına dair işçi qüvvəsi statistikaları açıqlanıb. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, işsizlik səviyyəsi iyul ayında 0,4 bənd azalaraq 8 faiz olub. Bu göstərici son 5 ayın ən aşağı səviyyəsidir və işsizliyin tək rəqəmli səviyyədə qalması ardıcıl 27-ci ayda da davam edib. İyul ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 164 min nəfər azalaraq 2 milyon 828 minə düşüb. İşsizlik göstəricisi kişilər arasında 6,5 faiz, qadınlar arasında isə 10,9 faiz səviyyəsində qeydə alınıb.