#Ənsar Allah hərəkatı

Yəmənin cənub-qərbində yerləşən Muha liman şəhərində husilərin Səudiyyə qüvvələrinin mövqelərinə endirdiyi hava zərbəsi nəticəsində azı 11 nəfər ölüb. AFP-nin məlumatına görə, hücum “Ənsar Allah” hərəkatının silahlı qanadı tərəfindən həyata keçirilib. Muha şəhərindəki tibbi mənbə bildirib ki, ölənlərdən 3-ü mülki şəxs, 8-i isə hərbçidir. Bundan əvvəl Yəmən hökumətinə bağlı iki hərbi mənbə hücum nəticəsində azı 8 əsgərin öldüyünü, 40-dan çox hərbçinin yaralandığını açıqlayıb.

İqtisadiyyatın qurulması çox vaxt onilliklərlə səbirli zəhmət tələb edir. Lakin siyasi təsisatların süqutu və ya inqilablar, yaxud dövlət çevrilişləri fonunda alovlanan münaqişələr illərlə əldə edilən artımı heyrətamiz bir sürətlə sıfırlaya bilər. Bu isə xalqları itirdiklərini bərpa etmək üçün uzun və ağır bir mübarizəyə məhkum edir. Yəmən bu reallığın ən bariz nümayişidir.