#Hərbi həbs

İsrail ordusu Sde Teyman bazasında baş verən itaətsizlik hadisəsində iştirak edən 14 hərbçini cəzalandırıb. Hərbçilər 30 sutka hərbi həbs cəzası alıblar. Onlar eyni zamanda daimi olaraq döyüş xidmətindən uzaqlaşdırılıblar. Hadisə onlarla əsgərin silahlarını qoyaraq bazanı tərk etməsindən sonra baş verib. Məlumata görə, buna səbəb komandirlə yaranmış mübahisə olub. Sde Teyman bazası əvvəllər də fələstinli saxlanılan şəxslərə qarşı işgəncə iddiaları ilə gündəmə gəlmişdi. İsrail ordusu hadisəyə görə intizam tədbirlərinin görüldüyünü açıqlayıb.