#Sde Teyman hərbi bazasında baş verən insident

İsrail ordusunda qeyri-adi insident baş verib. Yerli KİV-lərin məlumatına görə, təxminən 100 hərbçi və zabit komandirlə yaşanan mübahisədən sonra ölkənin cənubundakı "Sde Teyman" hərbi bazasını icazəsiz tərk edib. İsrailin Yisrael Hayom qəzetinin yaydığı məlumata əsasən, hadisə "Qivati" briqadasının "Tsabar" batalyonunda baş verib. Hərbçilərin bazanı tərk edərkən silahlarını orada qoyduqları bildirilir.