#riyaziyyat mükafatı

Riyaziyyat sahəsində dünyanın ən nüfuzlu mükafatı hesab edilən və tez-tez "Riyaziyyatın Nobel mükafatı" adlandırılan 2026-cı il Filds medalı dörd gənc alimə təqdim olunub. Qaliblərin adları ABŞ-ın Filadelfiya şəhərində keçirilən Beynəlxalq Riyaziyyatçılar Konqresinin açılış mərasimində açıqlanıb. Mükafata çinli alimlər Honq Vanq və Yu Dinq, amerikalı Con Pardon və kanadalı Ceykob Tsimmerman layiq görülüblər.