#Aİ Rusiyaya qarşı yeni sanksiya paketində hansı qərarları verdi

Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı son 4 ilin ən genişmiqyaslı sanksiya paketini təsdiqləyib. Aİ Şurasının məlumatına görə, yeni məhdudiyyətlər çərçivəsində Rusiya ilə əlaqəli 218 fiziki və hüquqi şəxs sanksiya siyahısına daxil edilib. Aİ ölkələri həftələrlə davam edən danışıqlardan sonra Rusiyaya qarşı 21-ci sanksiya paketi üzrə siyasi razılığa gəlib və daha sonra sənədi rəsmi şəkildə qəbul edib.