#Somali kosmodrom layihəsi

Türkiyənin Somali siyasəti son illərdə yalnız hərbi əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda təhlükəsizlik, enerji, ticarət və kosmik texnologiyalar istiqamətində genişmiqyaslı strateji yanaşma kimi formalaşıb. Türkiyə Böyük Millət Məclisinin Somali ərazisində fəaliyyət göstərən türk hərbi kontingentinin missiya müddətinin daha iki il uzadılmasını təsdiqləməsi Ankara ilə Mogadişu arasındakı əməkdaşlığın davam etdiyini göstərir.