#Türkiyədə Səudiyyə Ərəbistanı kapitallı 19 yeni şirkət

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Səudiyyə Ərəbistanı kapitallı 19 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistanı kapitallı şirkətlərin ümumi kapitalı 311 milyon 440 min 858 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 72 milyon 310 min türk lirəsi olub.