#Türkiyədə Böyük Britaniya kapitallı 50 yeni şirkət

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Böyük Britaniya kapitallı 50 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Britaniya kapitallı şirkətlərin ümumi kapitalı 842 milyon 400 min 75 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 349 milyon 955 min 800 türk lirəsi olub.