#Yaxın Şərqdə ABŞ ilə İran arasında artan gərginlik

Yaxın Şərqdə ABŞ ilə İran arasında artan gərginlik hərbi qarşıdurmadan kənara çıxaraq enerji marşrutları və strateji boğazlar üzərində geosiyasi rəqabəti yeni mərhələyə daşıyıb. Analitiklər hesab edirlər ki, Vaşinqton İranın Hörmüz boğazı üzərindəki təsir imkanlarını zəiflətmək üçün alternativ ixrac marşrutları formalaşdırmağa çalışır.