Avropa İttifaqı Paramount-un Warner Bros. Discovery-ni almasına şərti razılıq verib. Razılığın əsas şərti Universal Pictures ilə mövcud distribüsiya əməkdaşlığının dayandırılmasıdır. Paramount-a Avropada 10 il müddətində Universal ilə yeni distribüsiya müqaviləsi bağlamaq qadağan edilib. Şirkət həmçinin Warner filmlərinin kinoteatrlarda nümayiş hüquqlarını öz distribütoruna ötürə bilməyəcək. Avropa Komissiyası bu addımların bazarda rəqabəti qorumaq məqsədi daşıdığını bildirib. Sövdələşmənin dəyəri 110 milyard dollar təşkil edir. Bu, qlobal media sektorunun ən iri satınalmalarından biri sayılır.
#Universal Pictures
Filmoskop rubrikasında bu dəfə qorxu janrının ən istedadlı müasir rejissorlarından biri olan Li Kroninin (Lee Cronin) Universal Pictures-in klassik "Canavarlar Dünyası"na (Universal Monsters) tamamilə yeni və qorxulu bir nəfəs gətirdiyi, 2026-cı ilin ən çox danışılan qorxu şahəsərini - "The Mummy" (Mumiya) filmini təhlil edirik. "Evil Dead Rise" filmi ilə vizual qəddarlığın və gərginliyin zirvəsini göstərən Kronin, bu dəfə qədim lənəti qum səhralarından çıxararaq klostrofobik və müasir bir kabusa çevirir.