#Məscidül-Əqsa

HƏMAS 1969-cu il avqustun 21-də Məscidül-Əqsanın yandırılmasının ildönümü ilə əlaqədar açıqlama yayıb və İsrailin işğal və planlarına baxmayaraq, Qüds və Məscidül-Əqsanın İslami kimliyini qoruyacağını bəyan edib. Bəyanatda İsrailin baş naziri Binyamin Netanyahunun “Böyük İsrail” çıxışının regional və qlobal təhlükəsizlik üçün təhdid olduğu vurğulanıb və ərəb və İslam ölkələrinə Qüds və Məscidül-Əqsanı qorumaq üçün ciddi addımlar atmaq çağırışı edilib. HƏMAS həmçinin sabah dünya miqyasında Məscidül-Əqsa və Qəzzaya dəstək üçün aksiyalara çağırıb.

Yəməndə İranın dəstəklədiyi husilər İsrail əsgərlərinin Məscidül-Əqsaya basqınından sonra altı pilotsuz təyyarə ilə İsrailin dörd bölgəsinə zərbə endirdiklərini açıqlayıb. Husi ordusunun sözçüsü Yəhya Seri hücumların cənubdakı Bir-es-Sebi (Bershawa), Nəcəf və Əliat şəhərlərinə, həmçinin şimaldakı Hayfaya yönəldiyini və “kritik hədəflərin” vurulduğunu iddia edib. Qeyd edək ki, husilər bu hücumları İsrailin Qəzza zolağında fələstinlilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara, Məscidül-Əqsaya basqınlara və müqəddəs məkanlara qarşı pozuntulara cavab olaraq etdiklərini bildiriblər. İsrail tərəfi isə məsələ ilə bağlı açıqlama verməyib. Yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasının pozulmasından sonra husilər vaxtaşırı ballistik raketlər və PUA-larla İsraili hədəfə alır.