Türkiyə 22 ildən sonra yenidən NATO liderlərinin sammitinə ev sahibliyi edir. Zirvədə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir. ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri zamanı onu müşayiət edəcək nümayəndə heyətinin tərkibi də açıqlanıb.
#NATO liderləri
NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə bir araya gələcəklər. Toplantının əsas müzakirə mövzuları müdafiə xərclərinin artırılması, alyansın hərbi sənaye potensialının gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki son hadisələrin regional təhlükəsizliyə təsiri olacaq.