Suriya hakimiyyəti keçmiş Bəşər Əsəd rejiminin generalı Adil İsani Livandan təhvil alıb. Bu, Əsədin 2024-cü ilin dekabrında hakimiyyətdən devrilməsindən sonra Livanla Suriya arasında bu istiqamətdə ilk təhvil-təslim əməliyyatı olub. Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Adil İsa 2016-cı ilədək Deyr əz-Zor bölgəsində quru qoşunlarının komandanı və 17-ci diviziyanın rəhbəri vəzifələrində çalışıb.
#Suriya-Livan münasibətləri
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani Livana səfəri çərçivəsində Tripoli şəhərində keçirdiyi görüşlər zamanı bildirib ki, bu səfər Suriya inqilabını dəstəkləyən insanlara ehtiramın ifadəsidir. Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, əş-Şeybani Livanın şimal bölgəsinin müftisi Məhəmməd Tariq İmam, deputatlar, dini icmaların nümayəndələri, eləcə də iqtisadi və ictimai xadimlərlə görüş keçirib. Tərəflər iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığın inkişafını müzakirə ediblər.