Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir. "Seçim günü" çərçivəsində növbəti seçimlər Sumqayıt şəhərində həyata keçirilib.
#Voleybol
Qadın və kişi voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqalarında növbəti oyunların vaxtı bəlli olub. Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir. Qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda oyunda Özbəkistan seçməsi ilə qarşılaşıb. Gəncə İdman Sarayında təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız Oyunların bürünc medalını qazanıb. Özbəkistan seçməsi isə yarışı dördüncü pillədə başa vurub.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək. Çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.
Metro Manila bölgəsində yerləşən Pasay və Kveson şəhərlərinin 12–28 sentyabr tarixlərində ev sahibliyi edəcəyi təşkilatın açılış oyunu bu gün saat 14:00-da Filippinlə Tunis arasında keçiriləcək. Türkiyə Milli Kişi Voleybol Komandası 1956, 1966, 1998 və 2022-ci illərdən sonra 5-ci dəfə Kişilər arasında Dünya Voleybol Çempionatında iştirak edəcək.
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailandda keçirilən dünya çempionatında yarımfinal oyununa çıxıb. “Filenin sultanları” yarımfinalda Yaponiyanı 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə həlledici mərhələyə yüksəlib. Türkiyə millisi finalda Braziliya-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında bu gün Azərbaycan təmsilçiləri beş idman növündə mübarizə aparacaqlar.