#Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin Mükafatlandırma Mərasimində çıxışı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin Mükafatlandırma Mərasimində çıxışı zamanı ölkədə səhiyyə sahəsində həyata keçirilən yeni strateji layihələr barədə məlumat verib. O bildirib ki, İstanbulun Silivri rayonunda inşası davam edən zavodun fəaliyyətə başlaması ilə hazırda xaricdən idxal olunan qan torbaları yerli istehsalla əvəz olunacaq.