#The Lesser Key of Solomon

Demonologiyada Phenex (eyni zamanda Pheynix, Phoenix və ya Phoeniex olaraq da yazılır) "Goetia" (Solomonun gizli elmlər qrupuna) aid olan bir şeytandır. Cəhənnəmin Böyük Markizi hesab olunan bu varlığın mütləq əmrində 20 şeytan legionunun (ordusunun) dayandığı bildirilir. O, vizual olaraq uşaq səsinə sahib, sirunların (mifik dəniz pərilərinin) cazibədar nəğməsi kimi oxuyan feniks quşu cildində peyda olur. İnsan formasına daxil olduqdan sonra o, sehrbazlar üçün elmləri öyrədir, mükəmməl bir şair kimi çıxış edir və onu çağıran şəxsə (sehrbaza) son dərəcə itaətkar davranır. Batil inanclara görə, o 1200 il keçdikdən sonra yenidən göy üzünün (cənnətin) yeddinci taxtına qayıtmaq ümidi ilə yaşayır.