#nüfuz və imic nümayiş etdirmək

Müasir dövrdə alış-veriş yalnız gündəlik ehtiyacların qarşılanması vasitəsi deyil, həm də insanların özlərini ifadə etmə, sosial mövqelərini nümayiş etdirmə və cəmiyyət qarşısında müəyyən obraz yaratma üsullarından birinə çevrilib. Mütəxəssislər bu tendensiyanı “nümayişkaranə istehlak” və ya “nümayişkaranə alış-veriş” adlandırırlar. Bu anlayış malların və xidmətlərin onların real faydasına və ya zəruriliyinə görə deyil, insanın cəmiyyətdə müəyyən status, nüfuz və ya imic nümayiş etdirmək məqsədilə alınmasını ifadə edir. Bu davranış modeli şüurlu istehlak anlayışından fərqlənir. Şüurlu istehlak zamanı insanlar məhsulları öz dəyərlərinə, inanclarına və həyat prinsiplərinə uyğun olaraq seçirlər.